Paşinyan Putinlə görüşəcək - Bu məsələlər müzakirə ediləcək
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar aprelin 1-də Moskvada keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-loqistika əlaqələrinin inkişafı müzakirə olunacaq”, – deyə məlumatda bildirilib.
Ermənistan hökumətinin mətbuat xidməti isə qeyd edib ki, aprelin 1-də Nikol Paşinyan Rusiyaya işgüzar səfər edəcək.