Paşinyan Qələbə Paradına getməkdən imtina etdi
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək.
News24.az xəbər verir ki, buna səbəb Paşinyanın seçkiöncəsi kampaniyaya hazırlıq görməsidir.
Baş nazir parada qatılmayacağı ilə bağlı Rusiya Prezidenti Vladimir Putini məlumatlandırıb.
“1 aprel tarixində Moskvaya səfərim zamanı Rusiya prezidentinə bildirdim ki, Ermənistanda seçkiqabağı təşviqat başlayacağı üçün 9 May tədbirlərində iştirak edə bilməyəcəyəm”, - deyə Paşinyan bildirib. /Gazeta.ru/