Paşinyan yeni Konstitusiya üzərində işi dayandırdı - Səbəb

Paşinyan  yeni Konstitusiya üzərində işi dayandırdı - Səbəb Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yeni Konstitusiya üzərində işi müvəqqəti olaraq təxirə salıb və bu məsələyə parlament seçkilərindən sonra qayıtmağı planlaşdırır.

News24.az xəbər verir ki, artıq bir aydan çoxdur ki, konstitusiya islahatları şurasının iclasları keçirilmir. Halbuki əvvəllər bu toplantılar demək olar ki, hər həftə baş tuturdu.

Fasilənin səbəbi hakim “Vətəndaş Müqaviləsi Partiyası”nın 7 iyun parlament seçkilərinin nəticələrini gözləmək istəməsidir. Yalnız bundan sonra partiya konstitusiya referendumu keçirə bilib-bilməyəcəyini müəyyənləşdirmək niyyətindədir.

Bunun üçün partiyaya ya parlamentdə konstitusion çoxluq, ya da koalisiya tərəfdaşı lazımdır.

Eyni zamanda, ədliyyə naziri Srbuhi Qalyan layihəni təqdim etməyə hazır olduqlarını desə də, partiya rəhbərliyi hələ sənədin mətni ilə tanış olmayıb. /Hraparak/