Paşinyana hücum edən 3 nəfər saxlanıldı
Dünya
İrəvandakı Müqəddəs Anna kilsəsində Nikol Paşinyana zərbə endirməyə cəhdlə bağlı açılmış cinayət işi çərçivəsində üç Ermənistan vətəndaşına ittiham irəli sürülüb.
News24.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu, ölkənin İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan açıqlamasında bildirib.
Məlumata görə, saxlanılanlar 18 yaşlı David və Mikael Minasyan qardaşları, eləcə də ictimai-siyasi xadim Gevork Gevorkyandır.
David Minasyana xuliqanlıq və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə ittihamları irəli sürülüb.
Mikael Minasyan xuliqanlığa kömək etmək və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilədə ittiham olunur.
Gevork Gevorkyana isə xuliqanlığın təşkili və vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilənin təşkili ittihamları irəli sürülüb.