Paşinyanın partiyası seçkilər üçün ianə toplayır
Dünya
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası seçkiöncəsi ianə toplama kampaniyasına başladığını elan edib.
News24.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin üzvü, əmək və sosial məsələlər naziri Arsen Torosyan sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, partiya yarandığı gündən etibarən fəaliyyətini əsasən vətəndaşların ianələri hesabına həyata keçirir.
Toplanan vəsaitlərin seçki kampaniyası və digər təşkilati xərclərə yönəldiləcəyi qeyd olunub. İanələr yalnız Ermənistan vətəndaşları tərəfindən edilə bilər, xarici fiziki və hüquqi şəxslərin bu prosesdə iştirakı qadağandır.
Qaydalara əsasən, hər bir fiziki şəxs maksimum 10 milyon dram (təxminən 25 min ABŞ dolları) məbləğində ianə edə bilər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixinə təyin olunub. /Sputnik Ermənistan