Peruda hərbi helikopter faciəsi: 15 nəfər həlak oldu

Peruda hərbi helikopter faciəsi: 15 nəfər həlak oldu Dünya

Perunun cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 15 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Xüsusi təyinatlı qüvvələr Milli Polis ilə koordinasiyalı şəkildə dünən günün ikinci yarısında radioəlaqə kəsilən Mi-17 helikopterini aşkar ediblər. Hava gəmisi Arekipa regionunun Karaveli vilayətinin Çala dairəsinin Çala-Byexo yaşayış məntəqəsi ərazisində tapılıb”, – məlumatda bildirilir.

Hadisə yerinə çatan xilasedicilər ekipajın 4 üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər.

Məlumata görə, hava gəmisi Arekipa regionunda baş verən daşqın, çayların məcrasından çıxması və digər fövqəladə hadisələrdən zərərçəkən əhaliyə yardım göstərmək, eləcə də axtarış-xilasetmə tapşırıqlarını yerinə yetirmək üçün istiqamət alıb.

Qəzanın başvermə səbəbləri hələlik müəyyən edilməyib.