Pezeşkian: “İranı xəritədən silmək xülyası ümidsizliyin əlamətidir”

Pezeşkian: “İranı xəritədən silmək xülyası ümidsizliyin əlamətidir” Dünya

Ötən gün İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin təhdidlərinə cavab verib.

News24.az xəbər verir ki, Pezeşkian bu barədə “X” hesabında yazıb.

“İranı xəritədən silmək illüziyası tarix yaradan xalqın iradəsi qarşısında ümidsizliyin əlamətidir.

Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı torpaqlarımıza təcavüz edənlər istisna olmaqla, hamı üçün açıqdır. Biz bu ciddi qəbul olunmayan təhdidlərə döyüş meydanında qətiyyətlə cavab veririk”, - deyə, Məsud Pezeşkian vurğulayıb. /Azad İran