Pezeşkian Göy məsciddə namaz qıldı
Dünya
Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvandakı Göy Məsciddə namaz qılıb.
News24.az xəbər verir ki, bu haqada “Mehr” xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Göy Məscid 1760-cı ildə Hüseynəli xan tərəfindən inşa edilib və 1765-ci ildə tikintisi başa çatıb.
O, Şərq memarlığının nadir incilərindən sayılır. Məscid ermənilər tərəfindən dəfələrlə yandırılıb.
1990-cı illərdə məscid İran tərəfindən bərpa edilib və orada muzey yaradılıb.