Pezeşkian SEPAH-dan narazıdır: "Addımları tamamilə məsuliyyətsizdir"
Dünya
İran prezidenti Məsud Pezeşkian BƏƏ-yə endirilən zərbələrlə bağlı SEPAH-ın addımlarından kəskin narazılığını ifadə edib.
News24.az xəbər verir ki, bu barədə “Iran International” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Pezeşkian SEPAH-ın addımlarını tamamilə məsuliyyətsiz adlandırıb və hücumların ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini bildirib.
O, bölgədə gərginliyin artmasının geridönməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Kanalın məlumatına görə, vəziyyətin daha da pisləşməsi və ikinci müharibə riskinin artması fonunda Pezeşkian SEPAH-ın Fars körfəzi ölkələrinə hücumlarının dərhal dayandırılmasını tələb edib və eskalasiyanın qarşısını almaq üçün ali rəhbər Müctəba Xamenei ilə təcili görüşmək istədiyini bildirib.
Pezeşkian mümkün beynəlxalq reaksiyadan ciddi narahatdır və İranın yeni genişmiqyaslı müharibəyə tab gətirə bilməyəcəyini düşünür.