Pezeşkian Xamenei ilə görüşdü
Dünya
İran prezidenti Məsud Pezeşkian ölkənin Ali lideri Müctəba Xameneyi ilə iki saat yarımlıq görüşündən danışıb.
News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, İran prezidenti Məsud Pezeşkian ölkənin ali lideri Müctəba Xameneyi ilə son görüşü barədə açıqlama verib. Pezeşkian görüşün səmimi şəraitdə keçdiyini və müzakirələrin təxminən iki saat yarım davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, görüş zamanı ən çox diqqətini çəkən məqam ali rəhbərin qarşıdurma tərzi, dünyagörüşü, təvazökarlığı və səmimi davranışı olub. Prezident vurğulayıb ki, bu yanaşma dialoqu inam, sakitlik, empatiya və birbaşa ünsiyyət üzərində qurulan mühitə çevirib. Pezeşkian, habelə ölkə idarəçiliyində birlik və qarşılıqlı etimadın möhkəmləndirilməsiin vacibliyini qeyd edərək yüksək vəzifəli şəxslərin bu cür davranışının dövlət idarəçiliyi üçün nümunə ola biləcəyini bildirib.