"Pokemon" kartı rekord məbləğə satıldı: yeni sahibinin kimliyi təəccübləndirdi

"Pokemon" kartı rekord məbləğə satıldı: yeni sahibinin kimliyi təəccübləndirdi Dünya

Dünyanın ən nadir “Pokemon” kartlarından biri hərracda rekord məbləğə – 16,5 milyon dollara satılıb.

News24.az xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.

Məlumata görə, kartı Ağ Evin sabiq mətbuat katibi Entoni Skaramuççinin oğlu alıb. Ödənilən məbləğ təkcə “Pokemon” franşizası üçün deyil, ümumilikdə bütün kolleksiya kartları arasında dünya rekordu hesab olunur.

Qeyd edək ki, “Pokemon” kartları son illərdə kolleksiya bazarında ən bahalı və ən çox tələb görən əşyalar sırasındadır. Lakin 16,5 milyon dollarlıq satış indiyədək qeydə alınan ən yüksək göstərici kimi tarixə düşüb.