Polşa İraqda xidmət edən əsgərlərini təxliyə edir
Dünya
Polşa İraqda xidmət edən əsgərlərini ölkəyə qaytarıb.
News24.az-ın məlumatına görə, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti pisləşdiyi üçün bu addım atılıb.
Onun sözlərinə görə, əsgərlərin çoxu artıq Polşaya qayıdıb, bir hissəsi isə İordaniya ərazisindədir. Təxliyə prosesi müttəfiq ölkələrlə birlikdə aparılıb.
Nazir vurğulayıb ki, əsas məqsəd əsgərlərin təhlükəsizliyini qorumaq olub.