Polşa ABŞ-dən zərbə helikopterləri tədarükünü gözləyir

Polşa ABŞ-dən zərbə helikopterləri tədarükünü gözləyir Dünya
Polşa ABŞ-dən “Abrams” tankları ilə birlikdə Belarusla sərhəddə müdafiəni gücləndirəcək “Apache” hücum helikopterlərini tədarük edəcəyini gözləyir.

News24.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.

“Gələn həftə biz ABŞ Konqresinin “Apache” zərbə helikopterləri barədə müraciətimizlə bağlı qərarını gözləyirik”, - deyə nazir qeyd edib.