Portuqaliyada güclü yağışlar: Ölənlər var
Dünya
Portuqaliyanın mərkəzi və cənubunda güclü yağışlar daşqınlara, təxliyələrə və nəqliyyatın iflic olmasına səbəb olub.
News24.az xəbər verir ki, bu barədə "Lusa" agentliyi məlumat yayıb.
Qeyri-sabit hava şəraiti nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Leiria əyalətinin Ortigosa şəhərində 73 yaşlı kişi damdan yıxılaraq həyatını itirib. Digər hadisə isə fevralın 4-də baş verib. 60 yaşlı kişinin avtomobilini sel suları aparıb.