Priqojinin ölümü ilə bağlı Pentaqon açıqlama - verdi
Dünya
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Tverdə qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirən rus muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojinin “öldürüldüyünü” iddia edib.
News24.az xəbə verir ki, ilk qiymətləndirmələrin sui-qəsdə işarə etdiyini bildirən Ryder, Priqojinin içində olduğu reaktiv təyyarənin raketlə vurulduğuna dair iddiaları təsdiqləyən məlumatın olmadığını ifadə edib.
Ryde, qəzaya uğrayan şəxsi təyyarəyə yer-hava raketinin atıldığına dair iddiaları təsdiq edəcək heç bir məlumat olmadığını və təyyarənin içərisində bombanın partlayıb-partlamaması ilə bağlı şərh verməkdən imtina edib.
Aydan