Putin atəşkəs elan etdi

Putin atəşkəs elan etdi Dünya

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar olaraq atəşkəs elan edib. Atəşkəs 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il tarixinin sonuna qədər qüvvədə olacaq.

News24.az xəbər verir ki, Kreml rəhbəri hərbi əməliyyatların dayandırılması, lakin mümkün təxribatlara qarşı da hazırlıqlı olmağı tapşırıb.

"Moskva ümid edir ki, Ukrayna tərəfi Pasxa atəşkəsi ilə bağlı Rusiya Federasiyasından nümunə götürəcək", - deyə Kremlin məlumatında qeyd olunub. (TASS)