Putin görüş zamanı iki dəfə - SƏHV ETDİ
Dünya
Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da iki ölkə arasında XIX regionlararası əməkdaşlıq forumunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adını iki dəfə yanlış tələffüz edib.
News24.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Kursiv” nəşri məlumat yayıb .
İlk dəfə Putin onu qeyri-müəyyən şəkildə ata adı ilə çağırıb - "Kemeleviç" əvəzinə "Kelemyç".
Putin ikinci dəfə Astana dəvətinə görə Tokayevə təşəkkür edərkən səhv edib. Onu "Kemel Jomartoviç" adlandırıb, amma dərhal özünü düzəldib düzgün şəkildə təkrarlayıb - Kasım-Jomart Kemelevich.
Qeyd edək ki, Putin Tokayevin dəvəti ilə Astanaya rəsmi səfərə gəlib.
Aynurə