"Putin müharibəni bu vaxta kimi davam etdirəcək" - Kallas

"Putin müharibəni bu vaxta kimi davam etdirəcək" - Kallas Dünya

Rusiya danışıqları sürükləyir və müharibəni tezliklə bitirmək niyyətində deyil.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

"Putin danışıqları uzatmağa davam edir və bu qarışıqlıqdan zərərsiz çıxmağa ümid edir. O, qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankorici tərk etdi.

ABŞ-ın Rusiyanı ciddi danışıqlara məcbur etmək imkanı var və AB davamlı sülhü təmin etmək üçün Vaşinqton və Kiyevlə işləyəcək. Moskva müharibəni davam etdirə bilməyəcəyini anlayana qədər müharibəni dayandırmayacaq", - o bildirib.