Putin Suriya lideri ilə görüşəcək
Dünya
Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcəklər.
News24.az xəbər verir ki, Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Məlumata görə, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Qeyd olunub ki, Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.