Putin Uitkoff və Kuşnerlə görüşdü – VİDEO/YENİLƏNDİ
Dünya
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları başa çatıb.
News24.az xəbər verir ki, Kremldə keçirilən görüş 3 saat davam edib.
Danışıqlar başa çatdıqdan sonra Uitkoff və Kuşner Kremli tərk ediblər.
***21:04
Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri qəbul edir.
News24.az xəbər verir ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür. Kuşner isə Ukrayna üzrə nizamlanma məsələsinə dair müzakirələrdə üçüncü dəfə iştirak edir.
Rusiya liderinin amerikalı nümayəndələrlə əvvəlki görüşü yanvarın 22-də baş tutub. Rusiya tərəfdən həmin görüşdə prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri Kirill Dmitriyev də iştirak ediblər.