"Putin vəfat etsə - başsağlığı verməyəcəyik"

"Putin vəfat etsə - başsağlığı verməyəcəyik" Dünya
"Putin vəfat edəndə İrlandiya başsağlığı verməyəcək".

News24.az xəbər verir ki, bu sözləri İrlandiyanın baş naziri Leo Varadkar deyib.

O, Rusiya prezidentinin dəfn mərasimində İrlandiya nümayəndə heyətinin iştirak edəcəyinə inanmadığını bildirib.

Mümkün vəziyyətin təxminən 80 il əvvəl baş vermiş hadisələrə aid olduğunu qeyd edib. 

Baş nazir bunu keçmiş xarici işlər naziri Eymond de Valeranın Adolf Hitlerin 1945-ci ildə vəfat edərkən  ölümü ilə əlaqədar Almaniyaya başsağlığı verməsini şərh edərkən bildirib.

Qeyd edək ki, keçən il Varadkarın Rusiyaya girişi qadağan edilib.

Aydan