"Qabağımıza atılmış sümüyə çevirməməlidir" - Zurabişvilidən sərt SÖZLƏR

"Qabağımıza atılmış sümüyə çevirməməlidir" - Zurabişvilidən sərt SÖZLƏR Dünya

“Avropa Birliyinə namizəd statusunun verilməsi Gürcüstanın qabağına atılan sümüyə çevrilməməlidir. Bundan sonra başqa qərarlar da verilməlidir”.

News24.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.

“Avropa bizə belə asan status verməməli, onu qabağımıza atılmış sümüyə çevirməməlidir. Bu statusu Avropanın dəstəyi izləməlidir”.

Ölkə başçısı əlavə edib ki, AB ilə münasibətlərin əsas məqamı 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri olmalıdır. 

O hesab edir ki, seçkilərin nəticələrindən sonra ölkə birpartiyalı hökumətdən koalisiya hökumətinə keçməlidir.

 Ayşən