“Qalatasaray”da baş məşqçi və futbolçu hamburgerə görə - DAVA ETDİ
Dünya
Bayern Münhen matçından sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk ilə Tanqi Ndombele arasında şiddətli mübahisə düşüb. Buna səbəb 26 yaşlı futbolçunun gecə saatlarında qaldığı otelə hamburger sifariş etməsidir.
News24.az xəbər veir ki, bu barədə “Habertürk” məlumat yayıb.
6 kiloqram artıq çəkisi olan Ndombelenin 75 kiloya düşməsə icarə müqaviləsinə xitam veriləcəyi bildirilib.
Qeyd edək ki, Ndombele "Qalatasaray"la cəmi 123 dəqiqə meydanda qala bilib.
Ülkər Abdurahmanlı