Qara dənizdə “ALTURA” tankerinə hücum: Türkiyədən sərt reaksiya
Dünya
“ALTURA” adlı tankerin Qara dənizdə hücuma məruz qalması Türkiyə tərəfindən böyük narahatlıqla qarşılanıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, müharibənin Qara dəniz hövzəsinə yayılmasının və gərginliyin artmasının qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə danışıqlar aparılır.
Bəyanatda vurğulanıb ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri araşdırmalar aparılır və texniki müdaxilələr həyata keçirilir. Bildirilib ki, gəmidə olan 27 nəfər türk heyət üzvünün səhhəti yaxşıdır.
“Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu cür hücumlar bölgədə insan həyatı, əmlak, gəmiçilik və ətraf mühitin təhlükəsizliyi baxımından ciddi risklər yaradır”, – deyə bəyanatda qeyd olunub.