Qarın ağrısı ilə xəstəxanaya getdi, xərçəng olduğunu öyrəndi
Dünya
Türkiyənin Beyşehir rayonunda yaşayan 82 yaşlı Hediye Şanal qəbizlik və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.
News24.az xəbər verir ki, müayinələrdən sonra ona yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub.
Şanal Beyşehir Dövlət Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra 9 gün xəstəxanada qalan qadın daha sonra evə buraxılıb və mütəmadi müayinələrini davam etdirir.
Hediye Şanal bildirib ki, xəstəxanaya çox pis vəziyyətdə gəlib: “Səhər tezdən xəstəxanaya gəldim və dedim ki, "Ölürəm, məni xilas edin". Əməliyyat olundum və o vaxtdan bəri heç bir ağrı hiss etmədim”.
Hazırda səhhətinin yaxşı olduğunu deyən Şanal həkimlərə təşəkkür edib və özünü əvvəlkindən daha yaxşı hiss etdiyini bildirib. // HaberGlobal