Qatil kökəldiyi üçün həbsdən - AZAD EDİLDİ
Dünya
İtaliyada adam öldürməkdə təqsirli bilinən şəxs artıq çəkiyə görə həbsxanadan ev dustaqlığına göndərilib.
News24.az bildirir ki, bu qərarı Turin məhkəməsi vəkillərin vəsatətini təmin edərək qəbul edib.
Məlumata görə, 35 yaşlı Dimitri Frikano 2017-ci ildə 57 bıçaq zərbəsiylə sevgilisini öldürüb. Məhkəmə ona bu cinayətinə görə 30 il həbs cəzası vermişdi.
Onun səhhətinə görə, vəkili həmin şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Altı ilini dəmir barmaqlıqlar arxasında keçirən cinayətkarın çəkisi bu müddət ərzində 120 kiloqramdan 200 kiloqrama qədər artıb. Vəkili bildirib ki, o, həbsxanada pəhriz saxlaya bilməyəcək. Bu səbəbdəndə o ev dustaqlığına buraxılıb.
Aynurə