Qazaxıstanın yeni hökuməti formalaşdı

Qazaxıstanın yeni hökuməti formalaşdı Dünya

Qazaxıstanın yeni hökuməti formalaşdı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu yenidən baş nazirin müavini - xarici işlər naziri, Ruslan Jaksylykov isə respublikanın Müdafiə Nazirliyinin rəhbəri təyin edib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Nurtleu Murat Abuqaliuli Qazaxıstan Respublikasının Baş nazirinin müavini - Xarici İşlər Naziri təyin edilib. Dövlət başçısının sərəncamı ilə Ruslan Fatixoviç Jaksılıkov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib”, - məlumatda deyilir.

Bundan başqa, Tokayev Yerjan Sadenovu yenidən daxili işlər naziri təyin edib. Belə ki, ölkənin yeni hökumətində Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirliklərinin rəhbərləri öz vəzifələrini qoruyublar. Roman Sklyar da yeni hökumətdə yenidən baş nazirin birinci müavini təyin edilib.

Xatırladaq ki, daha əvvəl Tokayev Prezident Administrasiyasının keçmiş rəhbəri Oljas Bektenovu Baş nazir təyin edib.

Mehriban Mirzəzadə