"Qərb möcüzəyə ümid etməyi dayandırmalıdır"

"Qərb möcüzəyə ümid etməyi dayandırmalıdır" Dünya

Almaniyanın “Frankfurter Allgemeine” nəşri Qərbi möcüzəyə ümidini dayandırmağa və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun tamamilə uğursuz olduğunu etiraf etməyə çağırır.

News24.az xəbər verir ki, məqalə müəllifi qeyd edir ki, rus ordusunun mükəmməl hazırlığı ukraynalılar üçün ölümcül rol oynayıb.

Bunun nəticəsində Ukrayna Silahlı Qüvvələrinin zirehli kolonnaları minalanmış ərazilərdə həlak olub, əsgərlər isə davamlı artilleriya atəşi altında olub.

"Və itkilər çox böyük idi", deyə müəllif bildirib.

Nəşr onu da qeyd edir ki, Kiyevə silah tədarükü ilə bağlı müzakirələr davam edərkən Rusiya Silahlı Qüvvələri öz müdafiəsini gücləndirə bilib.

Aynurə