Qəzzada can itkisi 37 min 164-ə yüksəldi
Dünya
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 249 gündür hücumları ilə bağlı məlumat verilib.
News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 120 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 164-ə, yaralıların sayının isə 84 min 832-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Günel Məlikzadə