Qəzzada həlak olan tibb işçilərinin sayı - AÇIQLANDI
Dünya
Fələstin-İsrail münaqişəsi başlayandan bəri Qəzza zolağında 160-dan çox tibb işçisi vəzifə borcunu yerinə yetirərkən həlak olub.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“160-dan çox tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən yaralıların və xəstələrin müalicəsi zamanı həlak olub. Bunlar sağlamlıq sistemini fədakarlıqla dəstəkləyən insanlardır”, - deyə ÜST-nin sözçüsü Kristian Lindmayer deyib.
Bundan əlavə, Lindmaier tibbi xidmətlə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb. Onun sözlərinə görə, anklavda bəzi insanlar anesteziyasız, o cümlədən amputasiya olmadan əməliyyat olunurlar.
Ayşən