Qəzzada maddi ziyan 77 milyard dolları keçdi

Qəzzada maddi ziyan 77 milyard dolları keçdi Dünya

İsrailin hücumları nəticəsində Qəzzada ətraf mühitə və infrastruktura böyük ziyan dəyib.

News24.az xəbər verir ki, bu barədə Xan Yunis Bələdiyyəsinin Səhiyyə və Ətraf Mühit Departamentinin direktoru Ömər Məhəmməd Matar “Anadolu” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qəzzada 60 milyon tondan çox dağıntı yaranıb, su və kanalizasiya şəbəkələrinin 80 faizindən çoxu məhv edilib. Həmçinin 160 milyon kvadratmetrdən çox kənd təsərrüfatı sahəsinin yararsız vəziyyətə düşdüyü bildirilib.

Matar qeyd edib ki, kanalizasiya sistemlərinin dağıdılması nəticəsində milyonlarla kubmetr çirkab su dənizə axır və su ehtiyatlarının çirklənməsi ciddi problem olaraq qalır.

Bildirilib ki, Qəzzada infrastruktur və ətraf mühitə dəyən ziyan da daxil olmaqla ümumi maddi itkilərin 77 milyard dolları keçdiyi təxmin edilir.