Qəzzada yaralılar narkozsuz əməliyyat - EDİLİR - ÜST

Qəzzada yaralılar narkozsuz əməliyyat - EDİLİR - ÜST Dünya

Fələstinin Qəzza zolağında dərman qıtlığı səbəbindən yüzlərlə yaralı narkozsuz əməliyyat olunur.

News24.az  xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib.

"Qəzza zolağında yüzlərlə yaralı anesteziyasız əməliyyat olunur", - ÜST qeyd edib. Təşkilat Qəzzaya 26 tona yaxın tibbi yardımın çatmasını gözlədiyini bildirib.

ÜST həmçinin İsrail ordusunu tibb müəssisələrini atəşə tutmamağa çağırıb.