Qəzzadan altı israilli girovun cəsədi - çıxarıldı - FOTO

Qəzzadan altı israilli girovun cəsədi - çıxarıldı - FOTO Dünya

ABŞ-da Demokratlar Konqresi zamanı girov götürülmüş israillilər üçün etiraz aksiyası keçirilib.

News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail ordusu 6 girovun meyitini Qəzzadan çıxardıqlarını açıqlayıb.

Ordudan verilən açıqlamada, Qəzzanın cənubundakı Xan Yunus bölgəsində daxili təhlükəsizlik təşkilatı Şin Bet ilə birgə həyata keçirilən əməliyyatda girovların cəsədlərinin tapıldığı bildirilib.

Qeyd edək ki, girovların adları Yagev Buchshtab, Alexander Dancyg, Yoram Metzger, Nadav Popplewell, Chaim Perry (əvvəllər ölü elan edilmiş) və Avraham Munder kimi Qəzza yaxınlığındakı Nir Oz kibbutzda ölü elan edilib.

Kibbutz Nir Oz Munderin Qəzzada girov saxlanarkən “aylarla fiziki və mənəvi işgəncələrdən sonra” öldürüldüyünü iddia edib.

Kibbutz Nirim həmçinin bildirib ki, Yaqev Buçştav və Nadav Popplevelin cəsədləri gecə saatlarında Qəzza zolağından İsrailə qaytarılıb.

İsrail mediası iki nəfərin gecə boyu davam edən daha geniş hərbi girovların xilasetmə əməliyyatının bir hissəsi olduğunu bildirib.

Onu da bildirək ki, oktyabrın 7-də girov götürülən 110 nəfər hələ də Qəzzada saxlanılır.

Girovlardan bəziləri İsrailin bombardmanları nəticəsində həyatını itirib.

Günel Məlikzadə

Qəzzadan altı israilli girovun cəsədi - çıxarıldı - FOTO