"Qırğızıstanda çevriliş üçün zəmin yoxdur"

"Qırğızıstanda çevriliş üçün zəmin yoxdur" Dünya

Qırğızıstanda dövlət çevrilişi üçün zəmin yoxdur.

News24.az xəbər verir ki, bu sözləri Qırğısıztan prezidenti Sadır Japarov dövlət informasiya agentliyi “Kabar”a müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, heç bir çevriliş və ya buna bənzər hadisə olmayacaq.

“Birincisi, qanun buna imkan vermir, ikincisi isə belə bir vəziyyət mövcud deyil”, - deyə Japarov bildirib.

Qeyd edək ki, fevralın 10-da Qırğızıstan prezidenti öz tərəfdarı, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTMK) sədri Kamçıbek Taşiyevi vəzifəsindən azad edib.

Yerli KİV-lərin məlumatına görə, son vaxtlar siyasi dairələrdə xüsusi xidmət orqanının rəhbərinin qarşıdakı prezident seçkilərində mümkün iştirakı ilə bağlı şayiələr yayılmışdı.

Taşiyev isə bu ehtimalı təkzib edib. Prezidentin qərarını şərh edən general bildirib ki, onun istefası gözlənilməz olub.

Fevralın 12-də Qırğızıstan Ali Şurasının spikeri Nurlanbek uulu Turğunbek də istefa ərizəsi verib.