Qonşu ölkədə zəlzələ oldu
Dünya
Rusiyanın Stavropol diyarında 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Pyatiqorsk şəhərindən 33 km şimal-şərqdə və Georqiyevsk şəhərindən 2 km cənub-qərbdə olub. Təkanların ocağı 5 km dərinlikdə yerləşib.