Qubernator evində ölü tapıldı

Qubernator evində ölü tapıldı Dünya

Kahramanmaraşın Ekinözü rayon valisi Məsud Coşkun evində ölü tapılıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib. 

Məsud Coşkunun bazar günü öldüyü və xidməti silahı ilə intihar etdiyi güman edilir.

Məsud Coşkun bu vəzifəyə 7 sentyabr 2023-cü ildə təyin edilmişdi. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Qumral