Qum Heykəl Festivalı böyük marağa səbəb oldu
Dünya
Rusiyanın St. Sankt-Peterburq şəhərində 20-ci Beynəlxalq Qum Heykəlləri Festivalı keçirilib.
News24.az xəbər verir ki, Hindistan və Bolqarıstan, eləcə də Rusiya kimi müxtəlif ölkələrdən 20 məşhur heykəltəraşın qatıldığı festival böyük marağa səbəb olub.
İyulun 12-də başlayan festival “Rusiya torpaqlarının günəşi” mövzusu ilə sentyabrın 12-dək davam edəcək.
Festival zamanı tarixi hadisələri, nağıl qəhrəmanlarını əks etdirən qumdan heykəllər ziyarətçilərə təqdim olunur.
Günel Məlikzadə