İran 47 günə ABŞ-ni 51 milyard ziyana saldı
Dünya
ABŞ-nin İranla müharibəyə çəkdiyi xərcin məbləği açıqlanıb.
News24.az xəbər verir ki, ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatların ümumi xərci 51 milyard dolları ötüb.
Bu barədə “İran Müharibəsi Xərcləri İzləyicisi” adlı monitorinq platforması məlumat yayıb.
Hesabatda qeyd olunub ki, bu məbləğə hərbi texnikanın daşınması, əməliyyatların logistik təminatı, silah-sursat xərcləri, hava zərbələri, dəniz qüvvələrinin fəaliyyəti və bölgədə yerləşdirilən qüvvələrin saxlanılması xərcləri daxildir.
Bildirilib ki, əməliyyatlar davam etdikcə yekun məbləğ daha da arta bilər. /Azad İran/