İran-ABŞ danışıqlarının növbəti mərhələsi başladı – Yeniləndi

İran-ABŞ danışıqlarının növbəti mərhələsi başladı – Yeniləndi Dünya

İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı kritik danışıqlar İsveçrədə davam edir.

News24.az xəbər verir ki, Cenevrədə tərəflər arasında məsləhətləşmələrin üçüncü raundunun ikinci mərhələsinə start verilib.

Omanın vasitəçiliyi ilə keçirilən danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi nümayəndə Stiven Uitkoff rəhbərlik edir. Bu raundda əsas diqqət Tehranın nüvə proqramına dair sazişin ilkin layihəsinin hazırlanmasına və İrana qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğvi mexanizminə yönəlib.

Xatırladaq ki, fevralın 17-də keçirilən əvvəlki görüşlərdə tərəflər əsas prinsiplər üzrə ümumi razılığa gəldiklərini bəyan etmişdilər. Hazırkı mərhələ isə daha texniki və detallı məsələlərin müzakirəsini nəzərdə tutur. (Qafqazinfo)

**

Cenevrədə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu başa çatıb.

News24.az xəbər verir ki, görüşün nəticələri barədə məlumat verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəflər sanksiyalar və nüvə sənədlərinə dair praktik təşəbbüslər irəli sürdüyünü qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəf müzakirələrə ciddi yanaşıb. (Teleqraf)