İran ABŞ və İsraili beynəlxalq cinayətlərdə ittiham edir
Dünya
Tehran İran rəhbərliyinin öldürülməsi ilə bağlı ABŞ və İsraili məsuliyyətə cəlb etmək niyyətindədir.
News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
“Biz bunu etməliyik. Düşünürəm ki, təkcə İran deyil, bütün beynəlxalq ictimaiyyət də məsuliyyətə cəlb olunmanı tələb etməlidir. Çünki ABŞ və İsrailin etdikləri beynəlxalq sülh və təhlükəsizliyə qarşı cinayətdir. Bu, hərbi cinayət və insanlığa qarşı cinayətdir", - deyə o qeyd edib.
İsmayıl Bəqai qeyd edib ki, 1949-cu il Cenevrə Konvensiyalarının ümumi 1-ci maddəsinə əsasən, bütün dövlətlər beynəlxalq humanitar hüquqa əməl etməyə və onun icrasını təmin etməyə borcludur. /RİA/