İran ABŞ-yə məxsus 220-dən çox obyekti məhv etdi
Dünya
İran hərbi əməliyyatlar zamanı bölgədəki 15 ABŞ bazası və hərbi obyektində azı 228 tikiliyə, obyektə və ya texnikaya ziyan vurub və ya onları məhv edib.
News24.az xəbər verir ki, bu barədə peyk görüntülərinin təhlilinə əsaslanan “Washington Post” qəzeti məlumat yayıb.
Söhbət anqarlar, kazarmalar, yanacaq anbarları, radarlar, rabitə və hava hücumundan müdafiə sistemləri, təyyarələr və baza infrastrukturundan gedir.
Dağıntıların miqyası ABŞ hökumətinin ictimai şəkildə açlqladığından və ya əvvəllər bildirdutundən xeyli genişdir.
Ziyanın yarıdan çoxu Bəhreyndəki 5-ci Donanmanın qərargahına və Küveytdəki üç bazaya dəyib.
ABŞ rəsmilərindən biri qəzetə bildirib ki, bu obyektlər ciddi zərər görüb, ehtimal ki, onların ərazisindən hücumlara imkan verildiyi üçün hədəfə çevriliblər.
Zərbələr nəticəsində Bəhreyn və Küveytdəki “Patriot” raketdən müdafiə sistemləri, Bəhreyndəki hərbi-dəniz bazasında yerləşən peyk antennası, həmçinin İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki THAAD radar sistemləri məhv edilib.
Eyni zamanda Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasında E-3 “Sentry” erkən xəbərdarlıq təyyarəsi və yanacaqdolduran tanker təyyarəsi də məhv edilib.
Qəzet rəsmi şəxsə istinadən yazıb ki, hərbi-dəniz bazasına dəyən ziyana görə 5-ci Donanmanın qərargahı Floridadakı Makdill aviabazasına köçürülüb.
Bununla yanaşı, digər iki ABŞ rəsmisi bildirib ki, ABŞ qoşunları artıq əvvəlki sayda Yaxın Şərq bazalarına qayıtmaya da bilər.