İran bu gün ABŞ-nin təklifinə cavab verəcək

İran bu gün ABŞ-nin təklifinə cavab verəcək Dünya

İranın ABŞ-nin münaqişənin sülh yolu ilə həlli barədə təklifinə bu gün cavab verəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

Xatırladaq ki, bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Tehranın rəsmi cavabını vasitəçi qismində çıxış edən Pakistan tərəfinə təqdim edəcəyini bildirmişdi.

Bundan əvvəl isə “Axios” nəşri Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoyulmasını nəzərdə tutan bir səhifəlik memorandumun imzalanmasına yaxın olduqlarını qeyd etmişdi.