Almaniya səfiri İran XİN-ə çağırıldı – Səbəb
Dünya
Almaniyanın İrandakı səfiri Aksel Dittman Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Almaniya Kansleri Fridrix Mertsin İslam Respublikasının hakimiyyəti və silahlı qüvvələrini tənqid edən bəyanatları olub.
News24.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Səfiri İran xarici işlər nazirinin köməkçisi və Qərbi Avropa üzrə baş direktor Əlirza Yusefi qəbul edib. Səfirə bəyanatlarla bağlı qəti etiraz bildirilib.
Yusefi SEPAH-ın terrorizmlə mübarizədə, İranın təhlükəsizliyinin və milli suverenliyinin qorunmasında rolunu vurğulayaraq, silahlı qüvvələrin bir hissəsinin "qara siyahı"ya salınması cəhdlərinin beynəlxalq hüququn açıq şəkildə pozulması və ölkənin suverenliyinə təcavüz olduğunu deyib və bunun Tehranın cavab reaksiyasına səbəb olacağını qeyd edib.