“İran gündə 500 milyon dollar itirir”
Dünya
“İran maliyyə cəhətdən çökür. Onlar istəyirlər ki, Hörmüz boğazı dərhal açılsın. Onların pulu çatmır”.
News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trump özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“O ölkə gündə 500 milyon dollar itirir. Hərbçilər və polis əməkdaşları maaş ala bilmədiklərindən şikayət edirlər”, – deyə Tramp bildirib.