“İran ordusu məhv edilib, Xamenei isə ölüb” - FOTO
Dünya
ABŞ ordusu 100 faiz əməliyyat vəziyyətindədir və İranın hərbi qüvvələri tamamilə məhv edilib.
News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında etdiyi paylaşımda bildirib.
Tramp ABŞ-nin Hərbi Dəniz Qüvvələri, Hava Qüvvələri və raketdən müdafiə sistemlərinə aid görüntüləri yayımlayaraq onların tam döyüş hazırlığında olduğunu qeyd edib.
O, eyni zamanda İranın hərbi dəniz və hava hücumundan müdafiə qüvvələrinə aid olan görüntüləri də paylaşaraq bu qüvvələrin 100 faiz məhv edildiyini göstərib.
Təsvirdə İranın keçmiş ali rəhbəri Əli Xameneyinin şəkli də yer alıb və onun fotosu “ölü” etiketi ilə təqdim edilib.