İran parlamentində ABŞ ilə bağlı qapalı iclas - Nə baş verir?

İran parlamentində ABŞ ilə bağlı qapalı iclas - Nə baş verir? Dünya

Bu gün İran parlamenti ABŞ ilə mümkün danışıqları, eləcə də ölkənin müdafiə və milli təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün qapalı iclas keçirib.

News24.az xəbər verir ki, bu barədə, parlamentin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi məlumat verib.

Onun sözlərinə görə, iclasda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçı də iştirak ediblər.

Sözçü bildirib ki, müzakirələr zamanı əvvəlki danışıqlarda buraxılan səhvlərin təkrarlanmamasının vacibliyi vurğulanıb.

Eyni zamanda, İranın uranın zənginləşdirilməsini sıfıra endirilməsini qəbul etməyəcəyi xüsusi qeyd olunub.

O əlavə edib ki, ölkənin nüvə sənayesinin qorunması diplomatiya üçün qırmızı xətt sayılır və bu sahə İranın gələcəyi üçün strateji əhəmiyyət daşıyır. /IRNA