İran və ABŞ razılığa gəldi - Yaxın saatlarda...
Dünya
İran və ABŞ-nin Hörmüz boğazında gəmiçiliyin mərhələli bərpası müqabilində dəniz blokadasının yumşaldılması barədə razılığa gəldiyi bildirilir.
News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Hörmüz boğazında bloklanmış gəmilərlə bağlı vəziyyətdə yaxın saatlarda irəliləyişin əldə olunması gözlənilir. Kanalın məlumatına görə, İran tərəfi ilə əlaqələr davam etdirilir.
Bundan əvvəl İran İslam Respublikasının ali rəhbəri Müctəba Xamenei bəyan edib ki, İran Fars körfəzi və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırır. Onun sözlərinə görə, Tehran ABŞ-nin iştirakı olmadan bölgədə təhlükəsizliyi təmin etmək niyyətindədir.
“Citigroup”un proqnozuna əsasən, Hörmüz boğazında hərəkətin bir ay davam edən dayandırılması halında neftin qiyməti bir barel üçün 110 dollara qədər yüksələ bilər.