İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatdı

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatdı Dünya
İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

News24.az APA-ya istinadən xəbər verir ki, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.