İrandan ABŞ-yə ağır zərbə: F-35 qalıqları nümayiş etdirildi - Foto
Dünya
İranın dövlət televiziyası ABŞ-yə məxsus dünyanın ən qabaqcıl hərbi təyyarələrindən biri hesab olunan F-35 qırıcısının vurulduğunu iddia edib.
News24.az xəbər verir ki, Tehran rəsmi olaraq hadisə yerindən təyyarənin qalıqlarına aid olduğu bildirilən ilk görüntüləri yayımlayıb.
Məlumata görə, ABŞ-nin “görünməz” döyüş təyyarəsi İranın mərkəzi hava məkanında kəşfiyyat uçuşu həyata keçirərkən hədəf alınıb. İlkin hesabatlarda pilotun sağ qalma ehtimalının olduqca aşağı olduğu qeyd edilir.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) məsələ ilə bağlı yaydığı rəsmi bəyanatda bildirib ki, F-35 qırıcısı ölkənin yerli və qabaqcıl hava hücumundan müdafiə sistemləri vasitəsilə aşkarlanaraq məhv edilib. Hadisənin İranın mərkəzi bölgələrində baş verdiyi vurğulanır.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hələlik bu iddiaları təsdiqləməyib və hər hansı rəsmi açıqlama verməyib.