İranla razılaşma yalnız bu şərtlərlə mümkündür – Netanyahu açıqladı
Dünya
İranla mümkün razılaşma yalnız Tehranın uranı zənginləşdirmə imkanının tam məhdudlaşdırılması və raket proqramının 300 km fəaliyyət radiusu ilə məhdudlaşdırılması halında məqbul sayıla bilər.
News24.az xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu səsləndirib. O bildirib ki, regionda İrana yaxın qüvvələrə göstərilən dəstək də dayandırılmalıdır.
Netanyahu əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın İslam Respublikası ilə razılaşmaya nail olmaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır. (makorrishon)